23 yanvar 2024 12:00
348

Dəmir yolu ərazisində sürücü məsuliyyətsizliyi zəncirvari qəzaya səbəb oldu - FOTO

Bu gün saat 10:15 radələrində ADY-yə məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

Bu barədə "İki sahil"ə ADY-dən bildirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır!