26 yanvar 2024 13:45
629

“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planı hazırlanır- Nazir müavini

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov paytaxt Bakının COP 29-a ev sahibliyi etməsinin ölkəmiz üçün qürurverici hadisə olduğunu deyib.

“İki sahil” xəbər verir ki, o, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

Nazir müavini həmçinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına diqqət çəkib və bir çox tədbirlərin baş tutacağını deyib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlanır. Tədbirlər həm Şərqi-Zəngəzur, həm də Qarabağ iqtisadi rayonu da daxil olmaqla ölkə ərazisini əhatə edəcək”.