2023-cü ildə Azərbaycanda 903 dövlət əmlakı özəlləşdirilib, dövlət büdcəsinə 2022-ci illə müqayisədə 0,4 % çox - 115,9 milyon manat vəsait daxil olub.
“İki sahil” xəbər verir ki, bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Abdullayev bildirib.
Onun sözlərinə görə, bununla da büdcə proqnozu 105,4 % yerinə yetirilib.
"2023-cü ildə dövlət xidmətləri üzrə vətəndaşlardan, sahibkarlardan, dövlət qurumlarından və bələdiyyərdən Dövlət Xidmətinə 1,2 milyon elektron müraciət daxil olub. Ümumilikdə iis daxil olan müraciətlərin sayı 3 milyona çatıb", - deyə M.Abdullayev əlavə edib.