30 yanvar 2024 12:30
371

Ötən il 538 nəqliyyat vasitəsi özəlləşdirilib

2023-cü ildə Azərbaycanda ümumi satış qiyməti 3 600 min manat olan 538 nəqliyyat vasitəsi özəlləşdirilib.

“İki sahil” xəbər verir ki, bunu 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Abdullayev bildirib.

Onun sözlərinə görə, 253 nəqliyyat vasitəsinin satışı rəqabətli keçmişdir ki, bununla da dövlət büdcəsinə əlavə olaraq 784,2 min manat vəsaitin daxil olması təmin edilib.