Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşan vətəndaşların istifadəsinə torpaqların verilməsi istiqamətində müzakirələr aparılır.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bildirib.
O, bununla bağlı Əlaqələndirmə Şurasının nəzdində işçi qrupunun yaradıldığını və Dövlət Xidmətinin də orada təmsil olunduğunu qeyd edib: “Həmin formalaşmış istifadəçilik bazasında da gələcəkdə torpaq islahatının həyata keçirilməsi konsepsiyasına dair təkliflər hazırlanır. Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi layihələr işçi qrupunda müzkairə olunub, yəqin ki, yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb