31 yanvar 2024 11:15
380

Taleh Kazımov: Ötən il üzrə cari əməliyyatlar hesabının profisiti 10 milyard manat civarında olub

Strateji valyuta ehtiyalı 17% artaraq 66,5 mlrd. dollara çatıb. Mərkəzi Bankın valyuta ehtiyatlarında isə 29,1% artım müşahidə olunub.

“İki sahil” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bakının sədri Taleh Kazımov deyib.

O bildirib ki, tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2023-cü il üzrə 9-10 mlrd. manat, 2024-2025-ci illərdə 7,5 mlrd. manat proqnozlaşdırılıb.