31 yanvar 2024 16:00
353

Novak: Neftin qiyməti bazarda olan vəziyyəti əks etdirir

Hazırda neftin qiyməti qlobal bazarda olan vəziyyəti adekvat şəkildə əks etdirir.

"İki sahil”in “TASS“a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

“Hazırda bazarda olan qiymət mövcud vəziyyəti adekvat şəkildə əks etdirir”, - Aleksandr Novak qeyd edib.

Novakın sözlərinə görə, 2024-cü ildə neftə olan gündəlik tələbat 2 mln. barel arta bilər.