İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) martın 5-6-da Yaponiyanın paytaxtı Tokioda "İnvestment Roadshow" tədbiri keçirəcək.
“İki sahil” xəbər verir ki, məqsəd Azərbaycandan qeyri-neft məhsullarının ixracını stimullaşdırmaqdır.
Tədbir Tokionun Çiyoda xüsusi rayonunda 5 ulduzlu otellərdən birinin 150 nəfərlik tutumu olan konfrans zalında təşkil ediləcək. Tədbir çərçivəsində “B2B” görüşlər baş tutacaq.
"İnvestment Roadshow"da ölkənin əsas makroiqtisadi göstəriciləri, qeyri-neft ixracı və investisiya potensialı ilə bağlı məlumatlar ingilis və yapon dillərində təqdim ediləcək.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb