Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında COP29 tədbirinə hazırlıq müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"EBRD-nin nümayəndələri ilə Azərbaycanda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi istiqamətində müzakirələr apardıq", - deyə o qeyd edib.
Avropa Yenidənqurma və İnkişaf Bankının (@EBRD) nümayəndələri ilə #Azərbaycan-da keçiriləcək #COP29 (@COP29_AZ) tədbirinə hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, #enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv… pic.twitter.com/LNT2u2gLAH
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 1, 2024
Təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib