02 fevral 2024 11:42
341

Dövlət Xidməti: Seçkilərdə tətbiq olunacaq qurğu və avadanlıqlar ən yeni nailiyyətləri birləşdirir

Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində tətbiq olunacaq bütün informasiya texnologiya qurğuları, video-foto və digər avadanlıqların hamısı ən yeni nailiyyətləri özündə birləşdirir.

“İki sahil” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib.

"Qısa müddətdə 6 000-dən çox məntəqə müasir informasiya kommunikasiya sistemləri və dayanıqlı internetlə təmin edilib. 1 000 məntəqədə müşahidə kameraları quraşdırılıb. Qurğu və avadanlıqlarımız o qədər müasirdir ki, qarşıdan gələn bir neçə onilliklərdə onlardan istifadə imkanımız olacaq",- deyə o qeyd edib.