2023-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) xərclərinin optimallaşdırılması və əlavə gəlirlərin təmin edilməsi hesabına 35 milyon manat investisiya yatırıb.
“İki sahil” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
"Səhmdar cəmiyyətinin əsas uğurlarından biri öz vəsaitləri hesabına iri investisiya layihələri həyata keçirməsidir. Ötən il investisiya hesabına 16 km rels dəyişdirilib, Keşlə, Biləcəri stansiyalarında, Yeni Suraxanı–Suraxanı, Yeni Suraxanı–Hövsan hissələrində 22 km yol əsaslı təmir olunub, Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub, Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən ilk dəfə bərpa edilməyə başlanıb", - deyə məlumatda qeyd olunub.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri