Adıyamanın Besni rayonunda (Türkiyə) keçən il baş verən zəlzələdən təxminən 5 saat sonra dağıntılar altından xilas edilən Xədicə Düzer 111 yaşını qeyd edib.
Xədicə Düzer yanvarın 28-də xəstələnib və yaxınları tərəfindən xəstəxanaya aparılıb. Ona pnevmoniya diaqnozu qoyulub. Bir neçə gün reanimasiyada müalicə aldıqdan sonra evə buraxılan qadın üçün xəstəxana rəhbərliyi, həkim və tibb bacıları “Doğum günün mübarək! 111” yazılmış tort kəsiblər.
Danışmaqda çətinlik çəkən qadının nəvəsi Neslihan Bakır nənəsinin 111 yaşının olduğunu və bu yaşa qədər bir çox çətinliklərin öhdəsindən gəldiyini bildirib. O, 1913-cü il iyulun 1-də Yavuzeli rayonunda doğulub, 8 övladı və 36 nəvəsi var.
Oxu.Az
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib