05 fevral 2024 10:34
309

Türkiyə-Rusiya bankının yaradılması müzakirə olunur

Ödəniş köçürmələri ilə bağlı problemlərin həlli çərçivəsində Türkiyə-Rusiya bankının yaradılması məsələsi iki ölkənin müvafiq qurumları tərəfindən müzakirə edilir.

Bu barədə “İki sahil” xarici mətbuata istinadən xəbər verir.

Bildirilib ki, Türkiyədə bir sıra özəl banklar Rusiya şirkətlərinin hesablarını bağlayıblar. Bu, ABŞ-ın sanksiyaları ilə bağlıdır.

"Türkiyə-Rusiya bankının yaradılması variantı müzakirə olunur və əvvəllər də müzakirə olunub. Bu, məqamlardan biridir. Amma hələlik bu məsələ ilə bağlı heç bir konkretlik yoxdur", - məlumatlı mənbə belə deyib.