Türkiyədə illik inflyasiya yenidən artıb.
"İki sahil" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin yanvar ayında inflyasiya 64.86% təşkil edib. Ötən ilin dekabr ayında bu rəqəm 64.77% idi. Yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 6.7% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 40.62% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 92.27% ilə restoran və otel qiymətləri olub.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri