Qazaxıstan iki il ərzində Transxəzər marşrutu üzrə neft tədarükünün həcmini 3 milyon tona çatdırmaq niyyətindədir.
"İki sahil" “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə bu marşrutla 1 milyon ton neft nəql edilib. 2024-cü il üçün isə plan 1,5 milyon tona qədər neftin tədarük edilməsidir.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb