"Naxçıvan Sığorta" və "Azərsığorta" (Dövlət Kommersiya Sığorta Şirkəti) İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.
Bu barədə “İki sahil”ə İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 12-dən 10-a, ümumi iştirakçılarının sayı isə 17-dən 15-ə enib.
Qeyd edək ki, ötən il dekabrın 8-də könüllü mraciət əsasında Azərbaycan Mərkəzi Bankı “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib. Bu il yanvar ayının 31-də isə Prezident İlham Əliyevin fərmanı ilə "Azərsığorta" şirkəti ləğv edilib.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb