Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, Şuşa şəhərində 6 fevral tarixində, sayca 103-cü modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verdi.
“İki sahil” xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.
Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.
Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 103 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb