“Hökumət evi”nda təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi hazırlıqlara başlayıb.
Təmir-bərpa işləri çərçivəsində 575 kv.metr ərazidə daş və beton səthlərdən suvaq çıxarılacaq, 109 kv.metr ərazidə taxta arakəsmələr, dam örtüyü söküləcək. Bundan başqa, 69,3 mv-metrlik, eləcə də 2,7 kv-metrlik hisələrdə 41-60 sm çıxıntılı divar memarlıq detalları bərpa ediləcək və yenidən qurulacaq.
Həmçinin gücü 4 baldan yuxarı olan küləyə qarşı əlavə tədbirlər həyata keçiriləcək.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb