Ötən il Bakıda sərnişindaşımanı həyata keçirən "Bakubus" MMC-yə məxsus avtobuslarla 123 milyon 673 min 912 sərnişin daşınıb.
Bu barədə “İki sahil”ə şirkətdən bildirilib.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 15 % çoxdur.
Şirkətə məxsus avtobuslarla 2022-ci ildə 107 milyon 138 min 73, 2021-ci ildə 85 milyon 837 min 887 sərnişin daşınması həyata keçirilib. Bu da illik müqayisədə müvafiq olaraq 25 % və 13 % çoxdur. 2020-ci ildə isə "Bakubus" avtobusları ilə daşınan sərnişinlərin sayı 75 milyon 703 min 741 olub.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb