Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,5 %, 2025-ci ildə 5,6 % olacağını proqnozlaşdırır.
Bu barədə “İki sahil” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, bu il üçün açıqlanan yeni proqnoz yanvar ayının 11-də açıqlanan proqnoza nisbətən 0,5 faiz bəndi azdır, gələn ilin proqnozu isə dəyişməyib.
Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 6 %, ikinci rübdə 1,9 %, üçüncü rübündə isə 4,3 % səviyyəsində gözlənilir.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-ci ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri