07 fevral 2024 15:08
323

BVF Azərbaycan neftinin qiyməti üzrə proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan neftinin 2024-2028-ci illər ərzində tədricən ucuzlaşacağını proqnozlaşdırır.

“İki sahil” xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb - İF) öz əksini tapıb.

Proqnoza əsasən, əgər 2024-cü ildə Azərbaycan neftinin bir barelinin orta qiyməti 81,9 ABŞ dolları təşkil edəcək, 2028-ci ildə bu göstərici 69,5 dollara enəcək. Belə ki, 2024-2028-ci illər ərzində Azərbaycan neftinin qiyməti 12,4 dollar və ya 15,1% azalacaq.

Qeyd olunur ki, 2023-ci ilin ortalama göstəricisi ilə müqayisədə 2024-cü ildə Azərbaycan nefti 0,6 dollar və ya 0,73% ucuzlaşacaq.

Bildirilir ki, ötən il Azərbaycan neftinin bir barelinin orta qiyməti 82,5 dollar səviyyəsində olub, bu da illik müqayisədə 15,9 dollar və ya 16,2% azdır.

Azərbaycan neftinin qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):

İllər üzrə

2020

2021

2022

2023

2024

2025

2026

2027

2028

Güman edilən neft qiyməti (bir barel üçün, ABŞ dolları)

44,8

71,2

98,4

82,5

81,9

78,0

74,7

71,9

69,5