Bədii gimnastika üzrə Azərbaycan millisi “LUXGR Cup 2024” beynəlxalq turnirində iştirak etmək üçün Lüksemburqa yollanıb.
“İki sahil” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışa 6 idmançı ilə gedib.
Onlardan Fidan Qurbanlı, Dəniz Abdullazadə, Sofiya Məmmədova, Nəzrin Abdullayeva gənclər, Kamilla Seyidzadə və Mədinə Dəmirova isə böyüklər arasında mübarizə aparacaqlar.
Qeyd edək ki, beynəlxalq turnir fevralın 9-11-i aralığında keçiriləcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi