Rusiyanın “S7 Airlines” aviaşirkəti Novosibirskdən Bakıya birbaşa müntəzəm reys açır.
"İki sahil”in Rusiya mətbuatına istinadən məlumatına görə, “S7 Airlines” aviaşirkəti bu istiqamət üzrə artıq aviabiletlərin satışına başlayıb. İlk uçuş martın 7-də həyata keçiriləcək.
Qeyd olunur ki, martın sonunadək uçuşlar həftədə bir dəfə, aprelin 3-dən isə həftədə iki dəfə həyata keçiriləcək.
Uçuşlar “Ekonom” sinifdə 174 sərnişini qəbul edə bilən “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək. Səyahət vaxtı təxminən 4,5 saatdır.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri