Cari ilin ilk ayında “Bakı Metropoliteni” QSC 17 milyon 252 min 693 sərnişin daşıyıb. Bu, orta statistik hesabla gün ərzində 556 min 538 sərnişin deməkdir.
“Bakı Metropoliteni” QSC-dən "İki sahil"ə bildirilib ki, metropolitenin xidmətindən istifadə edən sərnişinlərin 489 min 761 nəfərini ödənişsiz istifadəçilər təşkil edib.
“Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 min 779. Yanvarın 14-ü Bakı metrosuna ən az sərnişin daxil olan gündür – 351 min 455. Pandemiyadan əvvəki 2019-cu ilin eyni dövrü ilə yanaşı (7,1 fazi az), ötən ilin yanvar ayı ilə (0,3 fazi az) müqayisədə də metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb”, - deyə məlumatda bildirilir.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri