08 fevral 2024 16:17
331

Azərbaycanda ipoteka müqavilələrinin sayı 12 % artıb

2023-cü ildə Azərbaycanda 81 762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.

"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci il ilə müqayisədə 8 785 ədəd və yaxud 12 % çoxdur.

İpoteka müqavilələrinin 52 %-i və yaxud 42 484-ü Bakının payına düşüb.

Azərbaycanda ən çox girov qoyulan daşınmaz əmlak mənzildir. Ötən il 45 532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Girov qoyulmuş 81 762 əmlakdan 16 750-si torpaq sahəsi, 11 866-sı isə fərdi yaşayış evi olub.