Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 milyard 269,04 milyon manat təşkil edib.
“İki sahil” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 1,5 % azalaraq 929 olub.
BFB-nin dövriyyəsinin 70,7 %-i və yaxud 1 milyard 605,236 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 21,5 % azalaraq 507,623 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 4,3 dəfə artaraq 156,182 milyon manat olub.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri