09 fevral 2024 12:29
290

Ötən ay məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 17% artıb

2024-cü ilin yanvar ayı ərzində Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 397,6 milyon manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3% və ya 58,7 milyon manat artıb.

Bu barədə “İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu dövrdə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% artaraq 285,2 milyon manatdan çox olub.