09 fevral 2024 15:46
341

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi Bakıda bağlanıb

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb.

"İki sahil”in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbərinə görə, 2023-cü il ərzində 42.484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52%-ni təşkil edir.

“Bakıdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (10894 müqavilə), 2 saylı Sumqayıt (4613 müqavilə), 5 saylı Xaçmaz (3878 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (3871 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər”, - deyə məlumatda qeyd olunub.