“Fənərbağça”nın heyətinə yeni futbolçu qatılıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı hücumçu Sərdar Dursun “Fatih Karagümrük”dən icarəyə götürülüb.
Futbolçu mövsümün sonuna kimi “Fənərbağça”da çıxış edəcək.
Qeyd edək ki, S. Dursun “Fənərbağça”dan ötən ilin yayında ayrılmışdı. O, bu mövsüm “Fatih Karagümrük”də 3 qol vurub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi