İqtisadiyyat Nazirliyinin tabeliyindəİqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) nümayəndələri ilə “Bloomberg LP”nin təmsilçiləri arasında əməkdaşlıq müzakirə edilib.
“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə iqtisadi xəbərlər üzrə dünyanın aparıcı agentliklərindən olan “Bloomberg LP”nin təmsilçiləri arasında görüş keçirilib.
Görüşdə ESRI nümayəndələri institutun fəaliyyəti və son dövrlərdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat veriblər.
“Bloomberg LP”nin təmsilçiləri Azərbaycanda həyata keçirməyi planlaşdırdıqları layihələrdən, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ESRI ilə əməkdaşlıq etmək istəklərindən bəhs ediblər. Təmsilçilər “yaşıl enerji"nin transmissiyası, maliyyə bazarlarının təkmilləşdirilməsi və s. istiqamətlər üzrə ESRI ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.
Görüşdə qeyd edilmiş məsələlərdən əlavə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişaf, iqtisadi islahatlar və bir sıra digər sahələrdə də məlumatların toplanması və təhlili, birgə araşdırma, tədbir və təlim üzrə müvafiq işlərin görülə biləcəyi vurğulanıb.
Tərəflər 2024-cü ildə bir sıra ortaq layihələrin icrası üçün əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri