Qusar rayonunun Hil kəndində 5 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
“İki sahil” xəbər verir ki, gecə saatlarında baş verən partlayış nəticəsində evdə tək yaşayan 30 yaşlı Abdullayev Faiq Saliddin oğlu yanıq xəsarətləri alıb.
Bədəninin açıq nahiyələrində yanıq xəsarətləri alan yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Partlayışdan sonra yaranan yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisindəki əşyaları yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Paytaxtın daha iki küçəsində təmir işləri aparılacaq, hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Bahadur Kamalov Kəlbəcərdə dəfn edilib
İnterpolun axtardığı şəxs Monteneqroda saxlanıldı — Azərbaycana ekstradisiya olunur