03 iyul 2026 19:51
95

Nəsimi rayonunda genişmiqyaslı eko-təmizlik: Təhlükə əvəzinə gözəllik

Bakının Nəsimi rayonunda inkişafını artıq dayandırmış, kökləri qurumuş, eləcə də qəzalı vəziyyətdə olan, güclü şəkildə əyilmiş və ətrafdakılar üçün təhlükə yaradan iri ağacların kəsilməsi və ərazidən çıxarılması istiqamətində genişmiqyaslı işlər aparılır.

“İki sahil” xəbər verir ki, kəsilmiş ağacların yerində yeni ağaclar əkilir.

Bununla yanaşı, kəsilən hər bir ağac üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyləri əvvəlcədən alınıb.