10 oktyabr 2026 17:25
93

Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 9-da ümumi çəkisi 28,6 kiloqramdan artıq narkotik vasitə və 2064 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.