Sosial şəbəkədə bir neçə şəxs pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlığını ifadə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili sosial media hesabında paylaşım edib.
Qeyd edilib ki, bu müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur.
"Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır. Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.
Emal prosesinin 11 oktyabr saat 17:00-dək başa çatdırılması gözlənilir.
Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq", - deyə əlavə edilib.
Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər