İran Futbol Federasiyası FİFA-ya məktub göndərərək, İsrail millisinin beynəlxalq yarışlarda iştirakdan uzaqlaşdırılmasını tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.Tələb İsrailin Qəzza zolağında apardığı silahlı münaqişə ilə bağlıdır.
Fevralın 8-də Yaxın Şərqin 12 ölkəsi də (Fələstin, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, İraq, İordaniya, Küveyt, Livan, Oman, Suriya, Yəmən) FİFA və UEFA-ya məktub göndərərək İsrail millisinin beynəlxalq yarışlardan kənarlaşdırılmasını istəyib.
Martın 21-də Almaniyada keçiriləcək Avro-2024-ün seçmə mərhələsinin pley-offunun yarımfinalında İsrail millisi İslandiya ilə qarşılaşacaq.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi