Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Test şöbəsinin əməkdaşları Türkiyə Dopinqlə Mübarizə Komissiyasında (TDMK) olublar.
AMADA-dan “İki sahil”ə bildirilib ki, TDMK-nın baş direktorunun müavini Mehmet Yoğurtcuoğlu qonaqlara Türkiyənin həyata keçirdiyi antidopinq siyasəti barədə məlumat verib, ölkələrimiz arasında bu sahədə birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.
Sonra qonaqlara dopinq nəzarəti prosesinin vaxtı və nəticələrin dəyərləndirilməsi barədə məlumat verilib.
TDMK-nın müxtəlif şöbələrinin iş prinsipləri ilə maraqlanan qonaqlarla test planlaması haqqında fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi