Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyası tərəfindən keçirilən turnirdə yığmanın 4 idmançısı dünya çempionatına vəsiqə qazanıb.
Federasiyadan "İki sahil"ə verilən məlumata görə, Ramin Səməndərov, Seyhun Ağayev, Yəhya Məmmədov və Azər Hacıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək yarışda ölkəni təmsil etmək hüququna yiyələniblər.
Onlar turnirə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanacaqlar.
Qeyd edək ki, mundial 27 fevral - 2 mart aralığında gerçəkləşəcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi