12 fevral 2024 11:19
760

Güləş Federasiyasının dəstəyi ilə Goranboyun Qaradağlı kəndinə güləş döşəkləri verildi - FOTO

Güləş Federasiyasının dəstəyi ilə Goranboy rayonu Qaradağlı kənd orta məktəbinin yunan-roma güləşi üzrə məşqlər keçirilən zalına iki dəst güləş döşəyi verilib və idman yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, yarışda Milli Məclisin deputatı Anar Məmmədov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, rayon idmançıları iştirak edib.  

Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra çıxış edən millət vəkili Anar Məmmədov ölkəmizdə güləş idman növünün inkişafından danışmış, bölgələrdə olimpiya-idman komplekslərinin inşa olunduğunu söyləmiş, Qaradağlı kənd tam orta məktəbinə Güləş Federasiyası tərəfindən verilmiş döşəklərə və dəstəyə görə təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yunan-roma güləşi üzrə idmançıların dostluq əlaqələrini yaratmaq, uşaq və yeniyetmələr arasında idman növlərini təbliğ etməkdən ibarətdir.