Azərbaycan qılıncoynadanı Anna Başta Perunun paytaxtı Limada keçirilən Dünya Kubokunda ən güclü “səkkizliy”ə düşə bilməyib.
“İki sahil” xəbər verir ki, Avropa çempionu olan 27 yaşlı idmançı Yaponiya təmsilçisi Emura Misakiyə 8:15 hesabı ilə uduzaraq, ilk “8-lik”dən kənarda qalıb.
Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi də yarışda çıxışını başa vurub. Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət yığma İspaniyaya 38:45 hesabı ilə məğlub olub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi