12 fevral 2024 14:54
386

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin artıb

Cənubi Qafqaz Boru Kəmərinin ötən il ərzində əməliyyat xərcləri təqribən 77,7 milyon dollar, əsaslı xərcləri isə 13,8 milyon dollardan çox olub, bu da illik müqayisədə müvafiq olaraq 7,9% və 2,76 dəfə çoxdur.

Bu barədə “İki sahil” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair 2023-cü ilin nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Qeyd olunur ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Hesabata əsasən, il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,1 milyon kubmetr olub.