"Bayer"in idman direktoru Saymon Rolfes komandanın baş məşqçisi Xabi Alonsonun klubdakı gələcəyi haqda danışıb.
“İki sahil” xəbər verir ki, o, mütəxəssisin Leverkuzen təmsilçisini tərk etməyəcəyini deyib:
"Bəli, əminəm ki, Alonso "Bayer"də qalacaq". Onun klubla müqavləsi var. Həmçinin Alonso və ailəsi Leverkuzendə özlərini rahat hiss edirlər. Onun da çox yaxşı komandası, parlaq perspektivləri var".
Xatırladaq ki, Xabi Alons ilə Avropanın nəhəng klubları maraqlanır. "Liverpul" hazırkı baş məşqçisi Yurgen Kloppun mövsümün sonunda komandadan ayrılacağı üçün Xabi Alonsoya görə daha iddialıdır.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi