Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin (“|Azərsığorta”) ləğvi üçün ləğvetmə komissiyası yaradılıb.
“İki sahil”in xəbərinə görə, Baş nazir Əli Əsədov bu barədə müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmaq tapşırılıb.
Azərbaycanla ABŞ-nin strateji tərəfdaşlığı hər iki ölkənin prezidentlərinin siyasi iradəsi əsasında uğurla inkişaf edir
Azərbaycan ABŞ ilə Orta Dəhliz və süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
İİTKM-in “Türk iqtisadi icmalı”nın 2026-cı ilin ilk rübü üzrə buraxılışı dərc olunub