Qazaxıstanın “KTZ Express” şirkəti bu ay Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çindən Azərbaycan və Gürcüstana 3 konteyner qatarı göndərib.
“İki sahil” bu barədə şirkətə istinadən xəbər verir.
Ötən ay isə “KTZ Express” Orta Dəhlizlə 10 konteyner qatarı göndərmişdi.
Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb