Cari ilin yanvar ayında Azərbaycandan 2,3 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 4,5% çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 2,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 2,1 mln. ton olub. Yanvarda 30 mln.kubmetr artımla hasil edilmiş 4,3 mlrd. kubmetr qazın 2,3 mlrd.kubmetri ixrac olunub.
“Yanvarda qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,5% artıb. Avropaya 1,1 mlrd. kubmetr, Türkiyəyə 0,8 mlrd. kubmetr, Gürcüstana isə 0,4 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,4 mlrd. kubmetr qaz nəql edilib”, - paylaşımda qeyd olunur.
Azərbaycan ABŞ ilə Orta Dəhliz və süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
İİTKM-in “Türk iqtisadi icmalı”nın 2026-cı ilin ilk rübü üzrə buraxılışı dərc olunub