İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Dünya Kuboklarında mübarizə aparacaqlar.
Azərbaycan Gimnastika Federasiyasından “İki sahil”ə verilən məlumata görə, Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov kişilər, Nazənin Teymurova isə qadınlar arasında çıxış edəcəklər.
Dünya Kubokları Misirin paytaxtı Qahirədə və Almaniyanın Kotbus şəhərində keçiriləcək.
Turnirlər müvafiq olaraq 15-18 və 22-25 fevralda reallaşacaq.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi