13 fevral 2024 13:12
345

Valyuta hərracında bankların dollar tələbi 151 milyona ötüb

13 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

“İki sahil” AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 151.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 2.5 dəfə çoxdur. Belə ki, 8 fevralda keçirilən valyuta hərracında banklar 61.4 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.