“Bavariya” baş məşqçisi Tomas Tuheli mövsümün sonunadək komandadan qovmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen təmsilçisi Bundesliqanın 21-ci turunda “Bayer”ə 0:3 hesabı ilə uduzub. Bu isə həm azarkeşləri, həm də klub rəhbərliyini məyus edib.
Tuhel özü də futbolçuların tapşırıqları meydanda yerinə yetirməsindən narazı qalıb. Qeyd olunur ki, “Bavariya” mövsümün sonuna qədər Tuheli qovmayacaq. Lakin komandanın heyətində və oyun taktikasında dəyişikliklər ediləcəyi gözlənilir.
Hazırda "Bavariya" 50 xalla Almaniya çempionatının turnir cədvəlində 2-ci yerdədir. Komanda lider "Bayer"dən 5 xal geri qalır.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi