UEFA Çempionlar Liqasında (ÇL) cari mövsümün favoritləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, turnirin son qalibi olan İngiltərə təmsilçisi “Mançester Siti”nin ardıcıl ikinci dəfə kuboku qazanmaq şansı yüksək qiymətləndirilir.
Almaniya “Bavariya”sı ikinci şanslı komanda hesab olunur. İngiltərənin digər klubu “Arsenal” və turnirin ən çox qalibi olan İspaniya “Real”ı 3-4-cü yerləri bölüşdürürlər.
Çempionlar Liqasının 10 favoriti:
1. “Mançester Siti” (İngiltərə)
2. “Bavariya” (Almaniya)
3-4. “Real” (İspaniya), “Arsenal” (İngiltərə)
5. PSJ (Fransa)
6. “Barselona” (İspaniya)
7. “İnter” (İtaliya)
8. “Atletiko” (İspaniya)
9. “Borussiya” (Dortmund, Almaniya)
10. “Napoli” (İtaliya)
Qeyd edək ki, bu gün ÇL-də 1/8 final mərhələsinə start veriləcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi