21 fevral 2018 22:49
1591

Düşmənə məxsus kvadrokopter ələ keçirilib

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.