Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ABŞ-nin “İnter Mayami” komandasının argentinalı hücumçusu Lionel Messi ilə penalti istisna olmaqla qolların sayında bərabərləşib.
“İki sahil” xəbər verir ki, hesablamanı bəhs edilən futbolçuların statistikasını aparan “MessivsRonaldo” səhifəsi bildirib.
Statistikaya əsasən, Ronaldu və Messi indiyədək penalti istisna olmaqla 713 dəfə topu qapıya göndərə biliblər. Argentinalı hər 121, Ronaldu isə hər 138 dəqiqədən bir qeyri-penalti qolu vurur.
Qeyd edək ki, Kriştianu Ronaldu AFK Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Əl-Fayha”ya qarşı qol vurub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi